This page contains a Flash digital edition of a book.
Aparan, Dərəçiçək və Talın mahalları


Alagöz dağı.


Bu mahalların da xalçaları kompozisiya quruluşu və elementlərinə görə Qazax xalçaçılıq məktəbini təmsil edən xalçalara yaxındır. Talın mahalı dəniz səviyyəsindən 2047 m yüksəklikdə


Alagöz dağının ətəyi.


yerləşir. Burada yerləşən möhtəşəm Alagöz dağının hün­ dürlüyü 4095 metrdir. Dağ vulkan mənşəlidir. Göz ox­ şayan əsrarəngiz mənzərəyə, alp çəmənliklərinə, hündür dağlara malik olan bu rayonda hələ qədim dövrlərdən nəfis xalçalar və xalça məmulatları toxunmuşdur. Bura­ da heyvandarlıq yüksək səviyyədə inkişaf etmişdir. Zərif yunlu qoyunların bəslənməsi xammal ehtiyatının bol­ luğuna səbəb olmuşdur ki, bu da xalçaçılığın inkişafına təsir göstərmişdir. Təbii üsulla alınan boyaq maddələri burada toxunmuş xalçaların kompozisiyasında emosi­ onal təsir gücünü artırmış və xalçalara ecazkar görkəm vermişdir. Talında toxunmuş xalçaların gözəlliyinin, parlaqlı­


ğının səbəbi onun zərif və parıltılı elastik yundan alı­ nan iplərdən toxunmasıdır. Burada toxunan xalçalar­ da rənglərin və rəng çalarlarının sayı 7­dən 10­a qədər, bəzən isə daha çox olmaqla dəyişir. Talın bölgəsinin Ay­ nalı, Quldərviş, əkərək, Aşnaq, Mehriban, İrind, Sultana­ bad kimi kəndlərində xalçaçılıq məntəqələri olmuşdur. İrəvan şəhərindən 59 km. şimal­qərbdə yerləşən Apa­


Alagöz dağında daş yığnağı.


ran Qazax çayının sahilindədir. Tarixi çox qədimə gedib çıxan bu şəhərin və onun ətrafındakı kəndlərin əhalisi, əsasən, Azərbaycan türkləri olmuşdur. Bunu yer­yurd adları da təsdiq edir. Mürəkkəb təbiətə malik olan Aparan şimaldan qarlı dağlarla, cənubdan isə çöllərlə əhatələnib. Alp çəmənlikləri və qaya üstündə bitən kollar buranın xalçaçılıq sənətinə öz təsirini göstərmiş, əlvan rənglərin alınmasına imkan yaratmışdır.


Alagöz dağının çəmənlikləri. 56


Page 1  |  Page 2  |  Page 3  |  Page 4  |  Page 5  |  Page 6  |  Page 7  |  Page 8  |  Page 9  |  Page 10  |  Page 11  |  Page 12  |  Page 13  |  Page 14  |  Page 15  |  Page 16  |  Page 17  |  Page 18  |  Page 19  |  Page 20  |  Page 21  |  Page 22  |  Page 23  |  Page 24  |  Page 25  |  Page 26  |  Page 27  |  Page 28  |  Page 29  |  Page 30  |  Page 31  |  Page 32  |  Page 33  |  Page 34  |  Page 35  |  Page 36  |  Page 37  |  Page 38  |  Page 39  |  Page 40  |  Page 41  |  Page 42  |  Page 43  |  Page 44  |  Page 45  |  Page 46  |  Page 47  |  Page 48  |  Page 49  |  Page 50  |  Page 51  |  Page 52  |  Page 53  |  Page 54  |  Page 55  |  Page 56  |  Page 57  |  Page 58  |  Page 59  |  Page 60  |  Page 61  |  Page 62  |  Page 63  |  Page 64  |  Page 65  |  Page 66  |  Page 67  |  Page 68  |  Page 69  |  Page 70  |  Page 71  |  Page 72  |  Page 73  |  Page 74  |  Page 75  |  Page 76  |  Page 77  |  Page 78  |  Page 79  |  Page 80  |  Page 81  |  Page 82  |  Page 83  |  Page 84  |  Page 85  |  Page 86  |  Page 87  |  Page 88  |  Page 89  |  Page 90  |  Page 91  |  Page 92  |  Page 93  |  Page 94  |  Page 95  |  Page 96  |  Page 97  |  Page 98  |  Page 99  |  Page 100  |  Page 101  |  Page 102  |  Page 103  |  Page 104  |  Page 105  |  Page 106  |  Page 107  |  Page 108  |  Page 109  |  Page 110  |  Page 111  |  Page 112  |  Page 113  |  Page 114  |  Page 115  |  Page 116