This page contains a Flash digital edition of a book.
Zəngibasar və Sərdarabad mahalları


İrəvana bitişik olan Zəngibasar azərbaycanlıların Zəngi çayının görünüşü.


qə dim yaşayış məskənlərindən biri olub. Bu ərazini mədəniyyət və təhsil mərkəzi də adlandırmaq olar. Hələ orta əsrlərdən bölgənin əhalisi islam dünyasının müxtəlif ocaqlarında təhsil alaraq, buranın sakinlərinin dini və elmi dünyagörüşünün formalaşmasında mü­ hüm rol oynamışlar. Zəngibasar bölgəsi həm də bir mədəniyyət mərkəzi olmuşdur. İrəvanla coğrafi ya­ xınlığı bölgənin mədəni mühitinin formalaşmasına öz təsirini göstərmişdir. Bu mahalı düz mərkəzindən keçən, mənbəyini Göyçə gölündən götürən Zəngi çayı iki yerə bölürdü. Bir çox qədim mənbələrdə adı çəkilən Zəngi çayı bol suyu ilə Zəngibasar mahalının torpağını daha da bərəkətli edirdi. Bir çox səyyahların bu bölgə haqqında tarixi qeydləri mövcuddur. Yerli əhalini, onun məişətini təsvir edən səyyahlar burada bəy, sultan ailələrinin ya­ şadığını, din xadimlərinin, ziyalıların olduğunu vurğula­ mışlar. əsasən, taxılçılıq, bostançılıq, tərəvəzçiliklə məş­ ğul olan yerli əhali özünün xüsusi əkinçilik ənə nələrini yaratmışdır. Bölgədə ipəkçilik və heyvandarlıq da geniş inkişaf etmışdir. Ucu­bucağı görünməyən, göz oxşayan biçənəkləri, yaylaqları olan Zəngibasarın al­əlvan bitki örtüyü burada boyaqçılığın inkişafına təkan vermişdir. Zəngibasar boyunca xüsusi boya hazırlayan məhəllələr var idi. Bu ərazidə yaşayan əhalinin geyimi haqqında da xüsusi


Ərbiuni qalasında daş lövhə. E.ə. VIII əsr. Zəngibasar mahalı.


bəhs etmək lazımdır. Kişi geyimləri, əsasən, arxalıq, çuxa və şalvar, enli çit qurşağı, dəri çarıq, başmaqdan ibarət idi. Qadın geyimlərindən isə uzun arxalıq, çit köynək, ləçək və yaylığı göstərmək olar. Karvan yolunun üstündə yerləşən Zəngibasar mahalının əhalisi zinət əşyalarından da çox istifadə edirdi. Xüsusi gümüş pullar, gümüş və qızıldan hazırlanan silsilələr, əsas zərgərlik nümunəsi sayıla biləcək kəmərlər bu mahalın xanımlarına xüsusi yaraşıq verirdi. Zəngin mətbəxi, folkloru, el­oba oyun­ ları, meydan tamaşaları ilə yadda qalan Zəngibasar mahalının xalçaçılıq ənənəsi zəngin idi. Zəngibasarda şöhrəti bütün Qafqazda yayılmış Uluxanlı məktəbi, bütün bölgələrinin əhalisi üçün müqəddəs sayılan Ağ­ dədə ocağı, Qarapirim ocağı, Şahin qalası, hamamları və saysız­hesabsız məscidləri burada yaşayan əhalinin dünyagörüşündən, mədəniyyətindən və türk kökündən xəbər verirdi. Zəngibasar bölgəsinin Arbat, Aşağı Ne­ cilli, Qaraqışlaq, Dəmirçi, Zəngilər, Zəhmət, Rəncbər, Uluxanlı, Hacı Elləz, Şorlu kimi məntəqələrdə toxunan xalçalar öz incəliyi, zərifliyi ilə seçilirdi. Vaxtilə bölgənin əksər kəndləri süni şəkildə ləğv edilmiş, əhalisi zorla kö­ çürülmüşdür, lakin orada toxunan xalçalar bu torpağın yaddaşını bu günümüzədək qoruyub saxlamışdır. Bu ba­ xımdan əldə olan sənət nümunələri hələ ötən əsrin orta­


Göy tanrı inancına tapınan qədim azərbaycanlılara məxsus Göy mələkləri məbədi. E.ə. VIII əsrin I yarısı. Zəngibasar mahalı, Üçkilsə. Üzərində yazılar və damğalar onun qədim Azərbaycan tayfalarına məxsus olduğunu göstərir.


52


Page 1  |  Page 2  |  Page 3  |  Page 4  |  Page 5  |  Page 6  |  Page 7  |  Page 8  |  Page 9  |  Page 10  |  Page 11  |  Page 12  |  Page 13  |  Page 14  |  Page 15  |  Page 16  |  Page 17  |  Page 18  |  Page 19  |  Page 20  |  Page 21  |  Page 22  |  Page 23  |  Page 24  |  Page 25  |  Page 26  |  Page 27  |  Page 28  |  Page 29  |  Page 30  |  Page 31  |  Page 32  |  Page 33  |  Page 34  |  Page 35  |  Page 36  |  Page 37  |  Page 38  |  Page 39  |  Page 40  |  Page 41  |  Page 42  |  Page 43  |  Page 44  |  Page 45  |  Page 46  |  Page 47  |  Page 48  |  Page 49  |  Page 50  |  Page 51  |  Page 52  |  Page 53  |  Page 54  |  Page 55  |  Page 56  |  Page 57  |  Page 58  |  Page 59  |  Page 60  |  Page 61  |  Page 62  |  Page 63  |  Page 64  |  Page 65  |  Page 66  |  Page 67  |  Page 68  |  Page 69  |  Page 70  |  Page 71  |  Page 72  |  Page 73  |  Page 74  |  Page 75  |  Page 76  |  Page 77  |  Page 78  |  Page 79  |  Page 80  |  Page 81  |  Page 82  |  Page 83  |  Page 84  |  Page 85  |  Page 86  |  Page 87  |  Page 88  |  Page 89  |  Page 90  |  Page 91  |  Page 92  |  Page 93  |  Page 94  |  Page 95  |  Page 96  |  Page 97  |  Page 98  |  Page 99  |  Page 100  |  Page 101  |  Page 102  |  Page 103  |  Page 104  |  Page 105  |  Page 106  |  Page 107  |  Page 108  |  Page 109  |  Page 110  |  Page 111  |  Page 112  |  Page 113  |  Page 114  |  Page 115  |  Page 116