This page contains a Flash digital edition of a book.
Azərbaycan xalçaları / İrəvAn QrUPU Xarakteristikası və sənətkarlıq xüsusiyyətləri İrəvan Xalçaları Daş sənduqə. XV-XVI əsrlər.


Zəngəzur mahalı, Sisyan. Urud kəndi. Məzarın üzərində yazı: “Aysoltan 992-ci il (1584)”. Məzarın üzərində verilən təsvirdən aydın olur ki, Aysoltan xalçaçı olmuşdur.


“Ulduzlu Qazax” xalçası Zəngəzur mahalında, Sisyanın Urud kəndində toxunub. Burada toxunan xalçalar rəng­ lərinin tündlüyü ilə fərqlənir. Bu da bölgənin bitki örtü­ yündən irəli gəlir. Xalçanın ara haşiyəsində verilən na­ xışlar Urud kəndinin ərazisindəki tarixi abidələr və daş sənduqələrin üzərindəki naxışlarla eynilik təşkil edir. Bu həndəsi formalar Azərbaycanın qədim inancından sü­ zülüb gəlir, yer və göy cisimlərinin obrazlı ifadəsi kimi çı xış edir. Bu xalçanın üzərində qədim türk boylarının dam ğalarına da rast gəlinir. “Ulduzlu Qazax” çeşnisində olan bu çeşni Qafqaz regionunda azərbaycanlıların məs­ kun laşdığı yerlərdə məhdud sayda toxunub. Sisyanda toxunan bu xalçanın ölçüləri 250x150 (sm), Qa­ zaxın Şıxlı kəndində toxunan 280 x160 (sm), Gürcüstanın azərbaycanlıların yaşadığı Qabal kəndində toxunan xal­ çanın ölçüsü isə 200x200; 180x180 (sm)­dir. Sisyanda toxunan, rəngləri daha tünd olan “Ulduzlu Qa­ zax” xalçası Qarabağ, Qazaxın Şıxlı kəndində toxunan xalça Qazax, Gürcüstanın Qabal kəndində toxunan xo vu hündür xalça isə qədim türk­səlcuq texnologiyası əsa­ sında toxunub. “Ulduzlu Qazax” çeşnisində olan xalçalar Zaqatalanın qədim Car və Muxax kəndlərində də toxunub. Muxaxda toxunan “Ulduzlu Qazax” çeşnili xalçalar türk­səlcuq, Carda toxunan xalçalar isə təkarğac texnologiyası ilə to­ xun muşdur. Bu xalçaların az sayda olması onların uni­ kal lığını, bədii­tarixi əhəmiyyətini artırır və kompozisi ya həllinə görə dünya xalça­sənətşünasları tərəfindən yük­ sək qiymətləndirilir. Daş sənduqə və onun üzərində olan təsvir, yazı, həmçinin bu xalça Urud kəndində yaşa yan azərbaycanlıların qədim mədəniyyətindən, xalçaçılıq ənə­ nəsindən xəbər verir.


İrəvan şəhəri və onun ətrafında olan mahallar qədim türk­oğuz tayfalarının yaşadığı ərazilər olmuşdur. Bu ərazidə olan saysız­he­ sab sız yaşayış məskənləri­nekropollar, kurqanlar, qala, saray və is­ tehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sərdabələr, eləcə də qəribə formalı daşlar, at, qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqlar yerli əhalinin tarixindən, dünyagörüşündən, etnik, mən­ subiyyətindən xəbər verir. İstər yer­yurd və coğrafi adlar, istərsə də mü asir dövrümüzə qədər gəlib çatmış folklor nümunələri vaxtilə bu ərazidə yaşamış Azərbaycan türklərinin (azərbaycanlıların) keçmişini, zəngin mədəni irsini özündə təcəssüm etdirir. Buranın yerli əhalisi sənətkarlıq, əkinçilik və heyvandarlıqla məşğul olmuş, təbiətin bəxş et­ diyi nemətlərdən səmərəli istifadə etmişdir. Yerli əhalinin zəngin təxəyyülünün məhsulu olan folklor, mif və əsatirlər, nağıllar, poetik nümunələr burada yurd salmış insanların həm də dünyagörüşünün göstəricisidir. Bu bölgədə ənənəvi türk dünyagörüşünü əks etdirən mif və rəvayətlərdən başqa, hər bir coğrafi adın, müqəddəs yerin tarixçəsini özündə yaşadan hekayətlər də yaranmışdır. Ağbabadan Vedibasara, lorudan Zəngəzura, Göyçədən Zəngibasara qədər olan ərazidə sıx yaşamış əhali tarixi kökləri çox qədimlərə gedən memarlıq, sənətkarlıq nümunələri ərsəyə gətirmişdir. Qərbi Azərbaycanın ərazisində olan abidə adlarının əksəriyyəti özünün orijinallığı, eyni zamanda, türk mənşəli semantikası ilə seçilir. Bu bölgənin sakinlərinin mifik görüşləri, onların yaratdıqları şifahi xalq ədəbiyyatı, o cümlədən nağıl qəhrəmanları özünü obrazlı şəkil­ də memarlıqda, xüsusən də xalçaçılıq sənətində büruzə vermiş dir. Nu hun gəmisi haqqında olan əfsanənin Gəmiqaya və Naxçıvanla bağlılığına diqqət yetirilsə, aydın olar ki, bu ərazilərin demək olar ki, hər vilayətində, hər kəndində həmin rəvayətlə əlaqədar olan toponim və etnotoponimlər vardır. Ağrıdağı və Ağrıdağın vadisi Vad bütünün adından götürülmüş Vedi, Gögər, Erbi, Zəngi, Gərni, Qamər, Artaş, Saklarla bağlı bu kimi yer adları qədim türk tayfalarının adlarından götürülmüşdür. “Kitabi Dədə Qorqud” dastanındakı əksər yer və tay­ fa adlarının izləri Qərbi Azərbaycandadır. İrəvan folklorunda zaman Nuh əyyamından başlayır. Bu bölgənin folklor nümunələrində adına ən çox rast gəlinən məkan Ağrıdağıdır. İrəvan miflərində sakral ele­ ment kimi ilk məkan Ağrıdağı, ilk zaman isə Nuh əyyamıdır. İrəvan folklorunda xalqın dağla bağlı mifoloji görüşləri ilə birləşmiş Agrıdağı obrazı bu bölgədə yaşayanların təsəvvüründəki dünya modelinin sak ral mərkəzi kimi semantik yozuma malikdir. Bu ərazidə yaşayan xal qın dəyərlər sistemində torpaq, dağ bir simvola çevrilərək, təkcə yaşayış məskəni kimi deyil, eyni zamanda, dünyaya çıxış obrazı kimi


Nuhun Ağrı dağından Naxçıvan və İrəvan torpaqlarına qədəm basması əfsanəsi əsasında illüstrasiya.


39


Page 1  |  Page 2  |  Page 3  |  Page 4  |  Page 5  |  Page 6  |  Page 7  |  Page 8  |  Page 9  |  Page 10  |  Page 11  |  Page 12  |  Page 13  |  Page 14  |  Page 15  |  Page 16  |  Page 17  |  Page 18  |  Page 19  |  Page 20  |  Page 21  |  Page 22  |  Page 23  |  Page 24  |  Page 25  |  Page 26  |  Page 27  |  Page 28  |  Page 29  |  Page 30  |  Page 31  |  Page 32  |  Page 33  |  Page 34  |  Page 35  |  Page 36  |  Page 37  |  Page 38  |  Page 39  |  Page 40  |  Page 41  |  Page 42  |  Page 43  |  Page 44  |  Page 45  |  Page 46  |  Page 47  |  Page 48  |  Page 49  |  Page 50  |  Page 51  |  Page 52  |  Page 53  |  Page 54  |  Page 55  |  Page 56  |  Page 57  |  Page 58  |  Page 59  |  Page 60  |  Page 61  |  Page 62  |  Page 63  |  Page 64  |  Page 65  |  Page 66  |  Page 67  |  Page 68  |  Page 69  |  Page 70  |  Page 71  |  Page 72  |  Page 73  |  Page 74  |  Page 75  |  Page 76  |  Page 77  |  Page 78  |  Page 79  |  Page 80  |  Page 81  |  Page 82  |  Page 83  |  Page 84  |  Page 85  |  Page 86  |  Page 87  |  Page 88  |  Page 89  |  Page 90  |  Page 91  |  Page 92  |  Page 93  |  Page 94  |  Page 95  |  Page 96  |  Page 97  |  Page 98  |  Page 99  |  Page 100  |  Page 101  |  Page 102  |  Page 103  |  Page 104  |  Page 105  |  Page 106  |  Page 107  |  Page 108  |  Page 109  |  Page 110  |  Page 111  |  Page 112  |  Page 113  |  Page 114  |  Page 115  |  Page 116