This page contains a Flash digital edition of a book.
Ermənistanda azərbaycanlılara məxsus tarixi yer adlarının kütləvi surətdə dəyişdirilməsi


çar Rusiyası dövründə buraxılan xəritələrdə və statistik məlumatlarda yaşayış məntəqələrinin türkmənşəli


adları olduğu kimi saxlanılırdı. Sovet hakimiyyəti dövründə isə Ermənistanda rəsmi “addəyişmə əməliyyatları” 1935, 1938, 1939, 1940, 1946, 1947, 1948, 1949, 1950, 1957, 1962, 1968, 1969, 1977, 1978, 1980­ci illərdə Ermənistan SSR Ali Sovetinin fərmanları əsasında həyata keçirilmişdir. 1988­ci ilin avqust ayınadək indiki Ermənistan ərazisində 521 türkmənşəli yaşayış məskəninin adı dəyişdirilmişdir. Ermənistanda dəyişdirilmiş yaşayış məntəqələrinin siyahısını “Ermənistan SSR­in inzibati­ərazi bölgüsü” kitabının 1976 və 1988­ci il nəşrləri, habelə Ermənistan SSR Ali Sovetinin 9 aprel 1991­ci il tarixli fərmanı və 2000­ci ildə İrəvanda çap edilən Ermənistan Respublikasının xəritəsi əsasında ardıcıl izləmək mümkündür. Addəyişmə əməliyyatı, əsasən, aşağıdakı qaydada həyata keçirilmişdir. 1. İlk növbədə azərbaycanlıların soykökü, onun tarixi keçmişi ilə bağlı yaşayış yerlərinin adlarının dəyiş­ dirilməsinə xüsusi diqqət yetirilmişdir. Məsələn, Aşağı Türkmənli ­ lusaqyuğ (Eçmiədzin), Qorçulu ­ Mrqaşad (Hoktemberyan), Sərdarabad ­ Hoktember (Hoktemberyan), Bayandur ­ Vağadur (Gorus), Şirvancıq ­ lernakert (Artik). 2. Bir çox yaşayış məskənlərinin adları ermənicəyə hərfi tərcümə edilmişdir. Məsələn, Armudlu ­ Tandzut (Hoktemberyan), Daşqala ­ Karaberd (Ani), Dərəkənd ­ Dzoraqyuğ (Quqark), Dərəçiçək ­Tsaxkadzor (Razdan), Göl ­ liçk (Martuni), Güllübulaq ­ Var­daxpuyr (Qukasyan). 3. Bəzi yaşayış məskəninin adı “beynəlmiləlçilik” pərdəsi altında dəyişdirilmişdir. Məsələn, Qaraqışlaq ­ Dostluq (Masis), Sultanabad ­ Şurabad (Amasiya), Cücəkənd ­ Qızılşəfəq (Kalinino), Aşağı Necili ­ Sayat­Nova (Masis), çanaxçı ­ Sovetakert (Ararat). 4. Yaşayış məskənlərinin adlarının bir qismi isə cüzi dəyişikliklə onu oxşar, lakin ermənicələşdirilmiş adla əvəz edilmişdir. Məsələn, Dərabbas ­ Darbas (Sisian), Dəlilər ­ Dalar (Artaşat), ələyəz ­ Araqats (Talın), ərəvus ­ Arevis (Sisyan), Gabud ­ Kapuyt (əzizbəyov), çırpılı ­ Crapi (Ani). 5. “Ermənistan SSR­in inzibati ərazi bölgüsü”nün qeyd edilən nəşrlərində adının önündə “yuxarı”, “aşağı”, “böyük”, “kiçik” sözləri gələn türkmənşəli yaşayış məntəqələrinin adlarında bu sözlərin ermənicə ­ yəni müvafiq olaraq “verin”, “nerkin”, “mets”, “pokr” şəklində yazılması həmin adların erməni dilində olması görüntüsü ya rat mağa xidmət etmişdir. Bununla elə təəssürat yaratmağa çalışmışlar ki, guya dəyişdirilən adlar erməni mənşəlidir. Məsələn, Verin Zağalı ­ Axpradzor (Vardenis), Nerkin Zeyvə ­ Hartaşen (Eçmiədzin), Mets Kəpənəkçi ­ Musaelyan (Axuryan), Pokr Şiştəpə ­ Pokr Serpasar (Qukasyan). 6. 1935­ci ilə qədər Ermənistanda türkmənşəli yaşayış məskənlərinin adları Ali Sovetin fərmanları olmadan dəyişdirilmişdir. Məsələn, Bəbirli ­ Bartsraşen (Ani), Dəymədağlı ­ Şrvenants (Qafan), Tovuzqala ­ Berd (Şəm şəd­ din), Şirabad ­ Parakar (Eçmiədzin). Onu da qeyd etmək lazımdır ki, hər dəfə Ali Sovetin fərmanı ilə yaşayış məskənlərinin adları dəyişdirilməklə


yanaşı, kəndləri birləşdirmək adı altında yüzlərlə Azərbaycan kəndinin adı Ermənistanın yaşayış məntəqələrinin siyahısından silinmişdir. Məsələn, Ermənistan SSR Ali Sovetinin 5 fevral 1978­ci il fərmanı ilə Aşağı Kilsə (Qufaark), Ağtala (Kamo), Rəhimabad (Masis), Qamışlı (Vardenis) kəndlərinin adları siyahıdan çıxarılmışdır. 1918­1987­ci illərdə indiki Ermənistan ərazisində 254 azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yollarla (əhalisi soyqırıma məruz qoyulmaqla, deportasiya edilməklə və s.) yaşayış məntəqələri siyahısından silinmişdir. Azərbaycanlıların 1948­1953­cü illər deportasiyasından sonra 60­dan artıq yaşayış məntəqəsinin adları dəyişdirilmişdir. Təkcə 1978­ci ildə 23 rayonda 60 türkmənşəli toponim dəyişdirilmişdir. Ermənistan SSR Ali Sovetinin 1991­ci il 9 aprel tarixli fərmanı ilə isə azərbaycanlılara məxsus 90 məntəqənin adı dəyişdirilmişdir. Ümumiyyətlə, son dövrədək 667 toponim dəyişdirilmişdir. Ermənistan Respublikası tərəfindən azərbaycanlıların dədə­baba torpaqlarından deportasiyası ağır nəticələr


verdi. Minlərlə insan deportasiya zamanı soyqırıma məruz qaldı. lakin Azərbaycan Respublikası Ermənistandan qovulan hər bir azərbaycanlının həyatının təhlükəsizliyi üçün bütün tədbirləri gördü. Ermənistan azərbaycanlıları Azərbaycan Respublikasının həyatının bütün sahələrinə uğurla inteqrasiya olundu, onun sosial­iqtisadi, siyasi və mədəni yüksəlişində fəal iştirak etdi. Min illər boyunca Qərbi Azərbaycanda yaradılmış tarixi ənənələr, zəngin mədəni irs, folklor nümunələri Ermənistanın bütün cəhdlərinə baxmayaraq yer üzündən silinmədi, yeni tarixi şəraitdə varlığını qoruyub saxlayır və davam etdirir. Qərbi Azərbaycandan ­ indiki Ermənistan Respublika sı ərazisindən qovulmuş yüz minlərlə azərbaycanlı bir amalla ­ Böyük qayıdış, dədə­baba torpaqlara qovuşmaq arzusu ilə yaşayır.


Yaqub Mahmudov Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü


Kərim Şükürov tarix elmləri doktoru


36


Page 1  |  Page 2  |  Page 3  |  Page 4  |  Page 5  |  Page 6  |  Page 7  |  Page 8  |  Page 9  |  Page 10  |  Page 11  |  Page 12  |  Page 13  |  Page 14  |  Page 15  |  Page 16  |  Page 17  |  Page 18  |  Page 19  |  Page 20  |  Page 21  |  Page 22  |  Page 23  |  Page 24  |  Page 25  |  Page 26  |  Page 27  |  Page 28  |  Page 29  |  Page 30  |  Page 31  |  Page 32  |  Page 33  |  Page 34  |  Page 35  |  Page 36  |  Page 37  |  Page 38  |  Page 39  |  Page 40  |  Page 41  |  Page 42  |  Page 43  |  Page 44  |  Page 45  |  Page 46  |  Page 47  |  Page 48  |  Page 49  |  Page 50  |  Page 51  |  Page 52  |  Page 53  |  Page 54  |  Page 55  |  Page 56  |  Page 57  |  Page 58  |  Page 59  |  Page 60  |  Page 61  |  Page 62  |  Page 63  |  Page 64  |  Page 65  |  Page 66  |  Page 67  |  Page 68  |  Page 69  |  Page 70  |  Page 71  |  Page 72  |  Page 73  |  Page 74  |  Page 75  |  Page 76  |  Page 77  |  Page 78  |  Page 79  |  Page 80  |  Page 81  |  Page 82  |  Page 83  |  Page 84  |  Page 85  |  Page 86  |  Page 87  |  Page 88  |  Page 89  |  Page 90  |  Page 91  |  Page 92  |  Page 93  |  Page 94  |  Page 95  |  Page 96  |  Page 97  |  Page 98  |  Page 99  |  Page 100  |  Page 101  |  Page 102  |  Page 103  |  Page 104  |  Page 105  |  Page 106  |  Page 107  |  Page 108  |  Page 109  |  Page 110  |  Page 111  |  Page 112  |  Page 113  |  Page 114  |  Page 115  |  Page 116