This page contains a Flash digital edition of a book.
1804­1813­cü illərdə rus­İran və elə həmin dövrdə gedən rus­ Osmanlı müharibəsi (1806­1812) Rusiyanın işğalçılıq planlarına son vermədi. 1826­cı ildə Rusiya Qacarlar dövləti ilə yeni müharibə­ yə (1826­1828) başladı. Müharibənin ilk dövrləri Qacarlar üçün uğurlu olsa da sonra üstünlük Rusiyaya keçdi. 1827­ci ilin mayında Naxçıvan, oktyabrında İrəvan tutuldu. Beləliklə, bundan əvvəl Şi­ mali Azərbaycana köçürülmüş ermənilərin Rusiya imperiyasının təbəəliyinə keçməsi başa çatdı. Ermənilərin köçürülməsinin yeni coğ rafi mənbələri kimi Qacarlar və Osmanlı dövlətləri əsas yerə keçdi.


Erməni katalikosu Nerses Aştaraketsi köçürmə haqqında layi­


hə hazırladı. Rus yazıçı və diplomatı A.S.Qriboyedov (1795­1829) da bu planın hazırlanması və həyata keçirilməsində mühüm rol oynadı. Nerses 1827­ci ilin noyabrında ermənilərin köçürülməsinə rəh­


bərlik etmək üçün Peterburqdan dəvət edilmiş və bu zaman Təb­ rizdə olan Yegiazar lazaryana yazırdı: “İndi mən bizim ermə ni mil lətinin sədaqətli müdafiəçisi cənab A.S.Qriboyedovdan əsir xristianlar haqqında mənim xahişimi unutmamasını və onla­ rı olduğu hər yerdə rus ağalığının qüdrətli bayrağı altına qə bul edilməsini rica etdim... Mən, həmçinin İranda olan bütün er mə­ nilər haqqında zat­alidən (Qafqazdakı rus qoşunlarının baş ko­ mandanı (1827­1831) İ.F.Paskeviç) xahiş etdim və indi mən cənaba (Qriboyedova) [bu barədə] yazıram və cənabınızdan da rica edi­ rəm: İvan Fyodoroviç Paskeviçi lütfən sövq edəsiniz ki, barışıq zamanı İranın hakimiyyəti altında olan şəhər və kəndlərdə yaşayan ermənilərin böyük Rusiya imperiyasının himayəsi altında azad surətdə Ermənistana qayıtması haqqında maddəni müqaviləyə da­ xil etməyi unutmasın”. A.S.Qriboyedov və İ.F.Paskeviç ermənilərin İrandan köçürülməsini müqavilə hazırlanarkən unutmadılar. Bu məsələ öz əksini Türkmənçay müqaviləsinin XV maddəsində tap­ dı. Həmin maddədə deyilir: “Şah həzrətləri... Azərbaycan adlanan vilayətin (Cənubi Azərbaycan nəzərdə tutulur) bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir... bundan başqa, o, məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneəçiliyi olmadan onların satlıq malına və ya əmlak və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməyən əmlaka gəldikdə isə onun satılması və ya onun haq­ qında könüllü sərəncam üçün beşillik müddət müəyyən edilir”. Bu maddənin müəllifi Qriboyedov hesab olunur. Göründüyü kimi XV maddədə konkret olaraq “İran erməniləri”nin adı çəkilmir. Bu da diplomatik səciyyə daşıyır, çünki məsələnin ümumi şəkildə qo­ yulması onun real həyatda daha geniş və məqsədə müvafiq şə kildə tətbiqinə imkan verməli idi. Müsəlman hakim təbəqələrin tabeliyində olan erməni kəndli lə­


ri ilə bağlı məsələ də bu dövrdə yenidən meydana çıxdı. Baş qə­ rargah rəisi Dibiçin Paskeviçə göndərdiyi xüsusi “Qaydalar”da mü səlman ali silkinin tabeliyindəki ermənilərə daxili özünüidarə verilməsi ideyası irəli sürüldü. Bu ideya mülki işlər üzrə hakim Velyaminov tərəfindən mənfi qarşılanmışdı. lakin Paskeviç sonra­ kı fəaliyyətində bu ideyanı əsas götürmüşdü. Türkmənçay müqaviləsinin bağlanmasından sonra Rusiya tə­ rəfindən ermənilərin Şimali Azərbaycan torpaqlarına köçü rül­ məsinin yeni mərhələsi başlandı. Onun xarakterik cəhəti köçür­ mə nin kütləvi şəkil alması, coğrafi mənbələri (İran və Osmanlı im periyası) və s. ilə bağlı idi. Ermənilərin köçürülməsini təşkil etmək üçün İrəvan və Nax­


çıvanda köçürmə komitələri yaradıldı. Köçkünlərə mühüm imti­ yazlar verildi: onlar 6 il müddətində vergi və imtiyazlardan azad


24 Zəngi çayından İrəvanın görünüşü.


İrəvanda karvansara.


İrəvanda azərbaycanlı zadəganların evi.


Page 1  |  Page 2  |  Page 3  |  Page 4  |  Page 5  |  Page 6  |  Page 7  |  Page 8  |  Page 9  |  Page 10  |  Page 11  |  Page 12  |  Page 13  |  Page 14  |  Page 15  |  Page 16  |  Page 17  |  Page 18  |  Page 19  |  Page 20  |  Page 21  |  Page 22  |  Page 23  |  Page 24  |  Page 25  |  Page 26  |  Page 27  |  Page 28  |  Page 29  |  Page 30  |  Page 31  |  Page 32  |  Page 33  |  Page 34  |  Page 35  |  Page 36  |  Page 37  |  Page 38  |  Page 39  |  Page 40  |  Page 41  |  Page 42  |  Page 43  |  Page 44  |  Page 45  |  Page 46  |  Page 47  |  Page 48  |  Page 49  |  Page 50  |  Page 51  |  Page 52  |  Page 53  |  Page 54  |  Page 55  |  Page 56  |  Page 57  |  Page 58  |  Page 59  |  Page 60  |  Page 61  |  Page 62  |  Page 63  |  Page 64  |  Page 65  |  Page 66  |  Page 67  |  Page 68  |  Page 69  |  Page 70  |  Page 71  |  Page 72  |  Page 73  |  Page 74  |  Page 75  |  Page 76  |  Page 77  |  Page 78  |  Page 79  |  Page 80  |  Page 81  |  Page 82  |  Page 83  |  Page 84  |  Page 85  |  Page 86  |  Page 87  |  Page 88  |  Page 89  |  Page 90  |  Page 91  |  Page 92  |  Page 93  |  Page 94  |  Page 95  |  Page 96  |  Page 97  |  Page 98  |  Page 99  |  Page 100  |  Page 101  |  Page 102  |  Page 103  |  Page 104  |  Page 105  |  Page 106  |  Page 107  |  Page 108  |  Page 109  |  Page 110  |  Page 111  |  Page 112  |  Page 113  |  Page 114  |  Page 115  |  Page 116