This page contains a Flash digital edition of a book.
İrəvan quberniyası


çar I Nikolayın fərmanı ilə 1849­cu il iyunun 9­da keçmiş “Erməni vilayəti” və Aleksandropol (Gümrü) qəzası əsasında İrəvan quberniyası yaradıldı. Bəzi in­ zibati­ərazi dəyişikliklərindən sonra quberniya İrəvan, Aleksandropol, Eçmiədzin, Naxçıvan, Novobayazid, Şərur­Dərələyəz və Sürməli qəzalarına bölündü. Quberniyanın mərkəzi İrəvan şəhəri idi. İrəvan quberniyasının ərazisi 23194,79


kv.verst (1 verst = 1,0668 km) idi. 1917­ci il Qafqaz təqviminin məlumatına görə quberniyada 1120242 nəfər əhali yaşayırdı. Hər kv.verstə 48,3 nəfər düşürdü. Quberniya əhalisinin 589125 nəfəri (52 6%) kişi, 531117 nəfəri (47,4%) qadın, 1014868 nəfəri (90,6%) yerli sakinlər, 105374 nəfəri (9,4%) müvəqqəti yaşayanlar idi. çarizmin İrəvan quberniyası əhalisinin etnik tərkibini ermənilərin xeyrinə də­


yiş dirmək siyasətinə baxmayaraq, İrəvan quberniyasında azərbaycanlı əhalinin xüsusi çəkisi həmişə yüksək olmuşdur. 1917­ci il Qafqaz təqviminin məlumatına görə 100 ildən çox davam edən soyqırımlarına və deportasiyalara baxmayaraq, azərbaycanlıların sayı 373582 nəfər (33,35%) idi. Ermənilərin sayı isə qeyd olunan köçürmələr nəticəsində 669871 nəfərə (59,8%) çatdırılmışdı. İrəvan quberniyasındakı beş şəhərin (Aleksandropol, Naxçıvan, Novobayazid, Ordubad, İrəvan) birlikdə əhalisi 132559 nəfər (11,83%) idi. əhalinin qalan hissəsi ­ 967683 nəfər (88,17%) isə qəzalarda, o cümlədən İrəvanda (154331 nəfər), Naxçıvanda (122208), Sürməlidə (104791), Şərur­Dərələyəzdə (90250) yaşayırdı. Azərbaycanlılar bütün şəhər əhalisi­ nin 18,9%­ni (25044 nəfər), qəzaların əhalisinin isə 35,3%­ni (348538 nəfər) təşkil edirdi. İrəvan quberniyasının iqtisadiyyatında əsas yeri kənd təsərrüfatı tuturdu. Qu­ berniya torpaqlarının 70,1%­i xəzinəyə, 25,6%­i mülkədarlara məxsus idi. Birinci dün ya müharibəsi nəticəsində yaranmış şəraitə görə (iş heyvanlarının səfərbərliyə alınması, əhalinin arxa cəbhə işlərinə cəlb edilməsi və i.a.) əkin sahələri üçdə bir qə­ dər azalmışdı.


İrəvan xanı Əli xanın evi. XVIII əsr.


İrəvan quberniyası. 18


Page 1  |  Page 2  |  Page 3  |  Page 4  |  Page 5  |  Page 6  |  Page 7  |  Page 8  |  Page 9  |  Page 10  |  Page 11  |  Page 12  |  Page 13  |  Page 14  |  Page 15  |  Page 16  |  Page 17  |  Page 18  |  Page 19  |  Page 20  |  Page 21  |  Page 22  |  Page 23  |  Page 24  |  Page 25  |  Page 26  |  Page 27  |  Page 28  |  Page 29  |  Page 30  |  Page 31  |  Page 32  |  Page 33  |  Page 34  |  Page 35  |  Page 36  |  Page 37  |  Page 38  |  Page 39  |  Page 40  |  Page 41  |  Page 42  |  Page 43  |  Page 44  |  Page 45  |  Page 46  |  Page 47  |  Page 48  |  Page 49  |  Page 50  |  Page 51  |  Page 52  |  Page 53  |  Page 54  |  Page 55  |  Page 56  |  Page 57  |  Page 58  |  Page 59  |  Page 60  |  Page 61  |  Page 62  |  Page 63  |  Page 64  |  Page 65  |  Page 66  |  Page 67  |  Page 68  |  Page 69  |  Page 70  |  Page 71  |  Page 72  |  Page 73  |  Page 74  |  Page 75  |  Page 76  |  Page 77  |  Page 78  |  Page 79  |  Page 80  |  Page 81  |  Page 82  |  Page 83  |  Page 84  |  Page 85  |  Page 86  |  Page 87  |  Page 88  |  Page 89  |  Page 90  |  Page 91  |  Page 92  |  Page 93  |  Page 94  |  Page 95  |  Page 96  |  Page 97  |  Page 98  |  Page 99  |  Page 100  |  Page 101  |  Page 102  |  Page 103  |  Page 104  |  Page 105  |  Page 106  |  Page 107  |  Page 108  |  Page 109  |  Page 110  |  Page 111  |  Page 112  |  Page 113  |  Page 114  |  Page 115  |  Page 116