This page contains a Flash digital edition of a book.
Xalçanın ara sahəsinin yuxarı hissəsində sol tərəfdə mavi yerlikdə h. 1326


tarixi vardır. Orijinal tərtibata malik olan bu xalça Qazaxın “Qaymaqlı” kompozisiyası əsasında toxunmuşdur. Xalçanın adı Qazaxın şimal­qərbində 32 km­də yerləşən Qaymaqlı kəndinin adı ilə bağlıdır. Bəzi toxucular bu xalçanı “ləmbəli” adlandırırlar. Qaymaqlı xalçası bədii cəhətdən sadə kompozisiyalı xalçalar sırasına daxildir. XIX əsrin əvvəllərində toxunmuş “Qay maqlı” xalçaları istər kompozisiya quruluşuna, istərsə də rəng tərti­ batına görə son dövrlərdə toxunmuş bu kompozisiyalı xalçalardan seçilir. Bu kompozisiyalı xalçalar sonralar kütləvi surətdə toxunduğu üçün bəzi bədii xüsusiyyətlərini itirmişdir. Xalçanın ara sahəsində böyük ölçülü tünd­qırmı­ zı rəngli səkkizbucaqlı göl tərtib edilmişdir. Gölün içərisində mərkəzdən bir qədər yuxarı hissədə sarı, sürməyi, qırmızı, yaşıl rənglərlə işlənmiş altıbucaqlı element vardır. Bu elementin solunda iki yaşıl, sağında isə iki göy rəngli çiçək təsviri verilmişdir. Gölün kənarları qara rəngli “su”lar, künclərdə isə sarı, qırmızı rəngli cüzi nəzərə çarpan “siçandişi”lərlə işlənmişdir. Ara sahənin küncləri mavi rənglə tərtib edilmişdir. Mavi yerlikdəki əbrəş çox aydın nəzərə çarpır. Ara sahənin kənarları mavi, qırmızı diliklərlə əhatə olun­ muşdur. Ara sahəni tünd­yaşıl yerlikli haşiyə əhatə edir. Yaşıl yerlikli bu haşiyənin içərisində kiçik ölçülü ağ, qırmızı, sarı, sürməyi, mavi, yaşıl, qara rənglərlə tərtib edilmiş altıbucaqlı motivlər vardır. Bu motivlər qara rəngli “su”larla dörd hissəyə bölünmüşdür. Xalçanın qırmızı yerlikli ara haşiyəsin­ də qara rəngli budaqlarda yarpaq, gül təsvirləri vardır. Budaqların arasında dördbucaqlı həndəsi motivlər və altıbucaqlı sarı, mavi, sürməyi, yaşıl, ağ rəngli elementlər işlənmişdir. Budaqlarda dördbucaqlı motivlər sürməyi, qara, mavi, sarı, qəhvəyi, yaşıl, qırmızı rənglərlə işlənmişdir. Qırmızı yerlikli ara haşiyəni sürməyi yerlikli haşiyələr əhatə edir. Bu haşiyələrin içərisin­ də şəkəri, sarı, qırmızı, mavi, yaşıl, ağ rəngli güllər işlənmişdir. Sürməyi yerlikli xarici haşiyə qırmızı, ağ, daxili haşiyə isə xaricdən sarı, qırmızı, daxildən isə qırmızı, sarı “siçandişi”lərlə əhatə olunmuşdur. “Siçandişi”lər hər iki tərəfdən “su”larla işlənmişdir. “Qaymaqlı” xalçaları, adətən, standart ölçülü olurlar. Bəzən bu xalçalar 6­7 m2


ölçüdə toxunur. Nadir hallarda bu


kompozisiya ilə toxunmuş böyük ölçülü xalılara da rast gəlinir. “Qaymaqlı” kompozisiyası ilə toxunan xalçaların hər bir kvadrat metrində 70.000­dən 90.000­ə qədər ilmə yerləşdirilir, bu tipli xalçaların xovunun hündürlüyü 8­12 millimetr olur. Bu xalçanın özünəməxsus kolorit xüsusiyyəti vardır. Azərbaycan xalçalarında istifadə edilən əksər rənglər bu xalçada tərtib edil­ mişdir.


110


Page 1  |  Page 2  |  Page 3  |  Page 4  |  Page 5  |  Page 6  |  Page 7  |  Page 8  |  Page 9  |  Page 10  |  Page 11  |  Page 12  |  Page 13  |  Page 14  |  Page 15  |  Page 16  |  Page 17  |  Page 18  |  Page 19  |  Page 20  |  Page 21  |  Page 22  |  Page 23  |  Page 24  |  Page 25  |  Page 26  |  Page 27  |  Page 28  |  Page 29  |  Page 30  |  Page 31  |  Page 32  |  Page 33  |  Page 34  |  Page 35  |  Page 36  |  Page 37  |  Page 38  |  Page 39  |  Page 40  |  Page 41  |  Page 42  |  Page 43  |  Page 44  |  Page 45  |  Page 46  |  Page 47  |  Page 48  |  Page 49  |  Page 50  |  Page 51  |  Page 52  |  Page 53  |  Page 54  |  Page 55  |  Page 56  |  Page 57  |  Page 58  |  Page 59  |  Page 60  |  Page 61  |  Page 62  |  Page 63  |  Page 64  |  Page 65  |  Page 66  |  Page 67  |  Page 68  |  Page 69  |  Page 70  |  Page 71  |  Page 72  |  Page 73  |  Page 74  |  Page 75  |  Page 76  |  Page 77  |  Page 78  |  Page 79  |  Page 80  |  Page 81  |  Page 82  |  Page 83  |  Page 84  |  Page 85  |  Page 86  |  Page 87  |  Page 88  |  Page 89  |  Page 90  |  Page 91  |  Page 92  |  Page 93  |  Page 94  |  Page 95  |  Page 96  |  Page 97  |  Page 98  |  Page 99  |  Page 100  |  Page 101  |  Page 102  |  Page 103  |  Page 104  |  Page 105  |  Page 106  |  Page 107  |  Page 108  |  Page 109  |  Page 110  |  Page 111  |  Page 112  |  Page 113  |  Page 114  |  Page 115  |  Page 116