This page contains a Flash digital edition of a book.
Bu xalçanın kompozisiyası ara sahə, ana haşiyə və iki bala haşiyədən ibarətdir.


Ara sahənin aşağı hissəsində sol tərəfdə h. 1317 tarixi vardır. Al qırmızı yerlikli ara sahədə sürməyi rəngli böyük ölçülü göl yerləşdirilmişdir. Gölün sağ və solunda hər iki tərəfdə dörd həndəsi formalı çıxıntılar vardır. Gölün kənarları daxildən qırmızı rəngli dilikli, xaricdən isə yaşıl rəngli mədaxillərlə əhatə olunmuşdur. Yaşıl mədaxillərdə mavi, qırmızı, sarı, ağ rənglərlə işlənmiş çiçək təsvirləri var­ dır. Gölün içərisində xalça boyu şaquli istiqamətdə ağac və səkkizguşəli ulduz motivləri təsvir edilmişdir. Gölün çıxıntılı sahələri də səkkizguşəli ulduz motivləri ilə bəzədilmişdir. Azərbaycanın nəbati naxışları içərisində əksər hallarda kiçik, bəzən isə böyük ölçüdə işlənən ağac təsvirləri xalça və xalça məmulatlarında, o cümlədən dekorativ­tətbiqi sənətin müxtəlif sahələrində çox geniş yayılmış­ dır. Azərbaycanın zəngin təbiətindən götürülmüş bu təsvir formaları (yarpaq, budaq, çiçək, ağac, kolların şaxələri və s.) xalqın torpaqla, təbiətlə sıx əlaqədə olmasını göstərir. Ağac təsvirləri əksər hallarda böyük sahələrdə, bəzən isə ki­ çik ölçülü doldurucu elementlər kimi işlənmişdir. Azərbaycan dekorativ­tətbiqi sənət nümunələrində təsvir edilən ağac motivi həm nəbati, həm də emblem mahiyyətli bəzək nümunələri sırasına daxildir. Ağac motivi çox qədimlərdən xalq arasında zənginliyin, bolluğun, baharın, bir sözlə, diriliyin nişanəsi kimi müqəddəsləşdirilmiş və qərinələr ötdükcə sənət əsərlərində müxtəlif formalar­ da təsvir edilmişdir. Azərbaycanın əksər bölgələrində olan ağac pirlərinə sitayiş onun keçmiş emblemmatik mahiyyətinin itirilmədiyinə bir daha sübutdur. Xal­ çanın ara sahəsinin boşluqlarında və gölün içərisindəki çıxıntılarda təsvir edilən səkkizguşəli həndəsi motiv də çox aydın nəzərə çarpır. Azərbaycan xalçalarının naxışları sahəsində aparılmış elmi araşdırmalar göstərir ki, bir çox həndəsi for­ malar (düz, dalğavari, qırıq, üç, dörd, beş, altı, səkkiz, on ikiguşəli ulduzlar, üçbu­ caq, dördbucaq, dairə və s.) çox qədimlərdən inkişaf edərək, ənənəvi forma alıb öz mahiyyətini itirməmiş və son dövrlərə qədər xalçalarda və dekorativ tətbiqi sənətin bütün sahələrində dönə­dönə təsvir edilmiş və hal­hazırda edilir. Xalça­ nın ara sahəsinin aşağı hissəsinin künclərində kənarları oxşəkilli “göl içi” adlan­ dırılan motivlər təsvir edilmişdir. Bu motivin mərkəzində sürməyi, yaşıl rəngli “dörd ünsür” elementi yerləşdirilmişdir. Sürməyi və yaşıl rənglər bir­birindən qırmızı qırıq­qırıq xətlərlə ayrılır və kənarları ağ, qırmızı rəngli “siçandişi”lərlə tamamlanır. Sürməyi yerlikli ana haşiyə qırmızı dalğavari dilikli xətlərlə tərtib edilmişdir. Dalğavari xətlərin arasındakı boşluqlar “çapar” adlandırılan “rəhil”i (kitab qoymaq üçün) xatırladan qırmızı, yaşıl, ağ, mavi rənglərlə işlənmiş motivlərlə doldurulmuşdur. Ana haşiyəni daxildən yaşıl yerlikli, xaricdən isə mavi yerlikli bala haşiyələr əhatə edir. Mavi yerlikli haşiyə yaşıl, ağ, sürməyi, qırmızı, sarı, açıq və tünd­qəhvəyi rəngli butalarla bəzədilmişdir. Haşiyələr “siçandişi”lərlə əhatə olunmuşdur. Xalçanın rəngləri ənənəvi qanunauyğunluq­ la və peşəkarlıqla tərtib edilməklə göz oxşayan bir görünüş yaradılmışdır.


108


Page 1  |  Page 2  |  Page 3  |  Page 4  |  Page 5  |  Page 6  |  Page 7  |  Page 8  |  Page 9  |  Page 10  |  Page 11  |  Page 12  |  Page 13  |  Page 14  |  Page 15  |  Page 16  |  Page 17  |  Page 18  |  Page 19  |  Page 20  |  Page 21  |  Page 22  |  Page 23  |  Page 24  |  Page 25  |  Page 26  |  Page 27  |  Page 28  |  Page 29  |  Page 30  |  Page 31  |  Page 32  |  Page 33  |  Page 34  |  Page 35  |  Page 36  |  Page 37  |  Page 38  |  Page 39  |  Page 40  |  Page 41  |  Page 42  |  Page 43  |  Page 44  |  Page 45  |  Page 46  |  Page 47  |  Page 48  |  Page 49  |  Page 50  |  Page 51  |  Page 52  |  Page 53  |  Page 54  |  Page 55  |  Page 56  |  Page 57  |  Page 58  |  Page 59  |  Page 60  |  Page 61  |  Page 62  |  Page 63  |  Page 64  |  Page 65  |  Page 66  |  Page 67  |  Page 68  |  Page 69  |  Page 70  |  Page 71  |  Page 72  |  Page 73  |  Page 74  |  Page 75  |  Page 76  |  Page 77  |  Page 78  |  Page 79  |  Page 80  |  Page 81  |  Page 82  |  Page 83  |  Page 84  |  Page 85  |  Page 86  |  Page 87  |  Page 88  |  Page 89  |  Page 90  |  Page 91  |  Page 92  |  Page 93  |  Page 94  |  Page 95  |  Page 96  |  Page 97  |  Page 98  |  Page 99  |  Page 100  |  Page 101  |  Page 102  |  Page 103  |  Page 104  |  Page 105  |  Page 106  |  Page 107  |  Page 108  |  Page 109  |  Page 110  |  Page 111  |  Page 112  |  Page 113  |  Page 114  |  Page 115  |  Page 116