This page contains a Flash digital edition of a book.
Azərbaycan xalçaları / İrəvAn QrUPU


xanı Bayandur xaqan və bir çox digər oğuz­türk sərkərdələri də özlərinin ata­baba yur du olan bu diyarda fəaliyyət göstərmiş, bu­ rada da dün ya larını dəyişmiş, dəfn olunmuşlar. Qərbi Azərbaycan ərazisi, ayrı­ayrı işğalçı imperiyaların hökm­


ranlıq dövrləri istisna edilməklə, ən qədim zamanlar dan başlayaraq həmişə Azərbaycan dövlətlərinin tərkibində olmuşdur. Bu torpaqlar həm də Azərbaycan­türk tayfalarının elliklə və ən sıx şəkildə ya­ şadığı regionlarından biri idi. Qeyd etmək lazımdır ki, erməni katolikosluğu mərkəzinin


1441­ci ildə İrəvan (çuxursəd) bölgəsinə köçürülməsinə qədər burada ermənilərə məxsus heç bir kənd və yaxud torpaq sahəsi olmayıb. Hətta erməni katolikosluğunun yerşədiyi Üçkilsə ­ Valarşabad (“Valarşabad” toponimi Arşakilər (Arsaklılar) sü­ laləsindən olan Sanatrükün (Sanatrukun) oğlu Valar şahın (194­ 216) adı ilə bağlıdır. Uzun tarixi dövr ərzində “Valarşabad” ki mi işlənmiş bu toponim erməni ədəbiyyatında təhrif olunaraq “Va­ ğarşabad” formasına salınmışdır. Valarşabadın əsası Valar şah tərəfindən qoyulmuşdur) kəndi belə 1443­cü ildən başlayaraq er mənilər tərəfindən müxtəlif vasitələrlə hissə­hissə Azərbaycan türklərindən alınmışdır. Ağqoyunlu (1468­1501) və ondan sonra meydana gələn


Səfəvi dövləti (1501­1736) zamanı da çuxursəd inzibati­ərazi bölgüsü saxlanılmışdır. Ağqoyunlular dövründə çuxursədi Bayandurun nəvəsi Həsən bəy (1475) idarə etmişdir. Səfəvilər dövründə çuxursəd bəylərbəyliyini Div Sultan Rumlu (1515­ci ildən), Hüseynxan Sultan (1550­ci ilədək), Şahqulu Sultan Us­ tac lı (1550­1575), Mahmudxan “Toxmaq” (1576­1583), əmirqu­ na xan Qacar (1605­1625), onun oğlu Təhməzqulu (1635), Kəlbə­


İrəvanda Göy məscidin giriş tağı. İrəvan Sərdar sarayının dəhlizindən bir görünüş.


Azərbaycan. XVI əsr.


li xan (1636­1639), Məmmədxan “Cağata Götük” (1639­1648), Xosrov xan (1648­1652), Məhəmmədqulu xan (1652­1656), Nəcəfqulu xan (1656­1663), əmir qu nanın oğlu Abbasqulu xan (1663­1666) və b. Azərbaycan hakimləri idarə etmişdir. Səfəvi­Osmanlı müharibələri zamanı çu­ xursədin osmanlılar tərəfindən tutulması in zibati­ərazi bölgüsündə müəyyən dəyi şik­ liklərə səbəb olur. 1578­1590­cı illər Səfəvi­ Os manlı müharibəsi nəticəsində bağlanmış İstanbul müqaviləsinə görə çuxursəd os­ manlılara keçdi. çuxursəd bəylərbəyliyi İrə van və Naxçıvan livalarına (əyalətlərinə) bö lündü. Osmanlı dövləti 1590­cı ildə İrəvan əya lətində vergi siyahıları ­ “müfəssəl dəf­ tər” tərtib etmişdir. Burada İrəvan ayrıca əya lət kimi qeyd olunur. İrəvan şəhəri əya­ lət mərkəzinə çevrilir. Beləliklə, qədim Azər­ baycan şəhəri olan İrəvan daha geniş inkişaf yoluna qədəm qoyur. 1590­cı il “müfəssəl dəftər”i İrəvan əyaləti haqqında ətraflı tə­ səvvür yaradır və bu diyarın əhalisinin müt­ ləq əksəriyyətinin Azərbaycan türklərindən ibarət olduğunu sübut edir. Səfəvilər dövləti XVII əsrin əvvəlində Os­ manlı imperiyasına qarşı apardığı müha ri­


9


Page 1  |  Page 2  |  Page 3  |  Page 4  |  Page 5  |  Page 6  |  Page 7  |  Page 8  |  Page 9  |  Page 10  |  Page 11  |  Page 12  |  Page 13  |  Page 14  |  Page 15  |  Page 16  |  Page 17  |  Page 18  |  Page 19  |  Page 20  |  Page 21  |  Page 22  |  Page 23  |  Page 24  |  Page 25  |  Page 26  |  Page 27  |  Page 28  |  Page 29  |  Page 30  |  Page 31  |  Page 32  |  Page 33  |  Page 34  |  Page 35  |  Page 36  |  Page 37  |  Page 38  |  Page 39  |  Page 40  |  Page 41  |  Page 42  |  Page 43  |  Page 44  |  Page 45  |  Page 46  |  Page 47  |  Page 48  |  Page 49  |  Page 50  |  Page 51  |  Page 52  |  Page 53  |  Page 54  |  Page 55  |  Page 56  |  Page 57  |  Page 58  |  Page 59  |  Page 60  |  Page 61  |  Page 62  |  Page 63  |  Page 64  |  Page 65  |  Page 66  |  Page 67  |  Page 68  |  Page 69  |  Page 70  |  Page 71  |  Page 72  |  Page 73  |  Page 74  |  Page 75  |  Page 76  |  Page 77  |  Page 78  |  Page 79  |  Page 80  |  Page 81  |  Page 82  |  Page 83  |  Page 84  |  Page 85  |  Page 86  |  Page 87  |  Page 88  |  Page 89  |  Page 90  |  Page 91  |  Page 92  |  Page 93  |  Page 94  |  Page 95  |  Page 96  |  Page 97  |  Page 98  |  Page 99  |  Page 100  |  Page 101  |  Page 102  |  Page 103  |  Page 104  |  Page 105  |  Page 106  |  Page 107  |  Page 108  |  Page 109  |  Page 110  |  Page 111  |  Page 112  |  Page 113  |  Page 114  |  Page 115  |  Page 116