This page contains a Flash digital edition of a book.
Anna DUDnİKovA (Ukrayna) “Dünyanın heç bir ölkəsində belə bir abidə yoxdur”


“Ölkəniz haqqında daha çox bilmək, sizin mədəniyyətinizi tanımaq, eləcə də mədəniyyətlərin mübadiləsi, digər ölkələrin rəssamlarının bir-birilərini tanıması baxımından çox əhəmiyyətli festivaldır. Qız qalasının dünyaya təqdim edilməsi çox böyük bir işdir. Çünki dünyanın heç bir ölkəsində belə bir abidə yoxdur. Bu qala sizin ölkəni müdafiə edir və keçmişlə indini birləşdirir.”


nasser Azizcoşan (İran) “Doğrudan da çox gözəl abidədir”


“Qız qalasının tarixi haqqında elə də məlumatlı deyiləm. Azərbaycana gələndən sonra haqqında bəzi şeylər öyrəndim. Doğrudan da çox gözəl abidədir. At təsvirini çox sevdiyimçün rəsmimdə at təsviri də olacaq”.


3 gün davam edən festivalın bağlanış mərasimi iyulun 1-də keçirildi. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva da iştirak etdilər. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov mərasimdə çıxış edərək “Qız qalası” II Beynəlxalq İncəsənət Festivalının keçirilməsinin artıq ənənə halı aldığını qeyd etmişdir. İdarə rəisi bildirmişdir ki, müxtəlif ölkələrdən gəlmiş rəssamlar Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini əks etdirən əsərlər yaratmışlar: “İçərişəhərdə Bakı sakinləri və şəhərimizin qonaqları üçün rəssamların yaratdıqları bu işlərdən ibarət sərgi təşkil edilmişdir. Bununla yanaşı, bu nadir əsərlər dünyanın müxtəlif ölkələrində nümayiş etdirilərək, ümumdünya mədəni irsinin bir hissəsi olan Qız qalasının təbliğində əhəmiyyətli vasitəyə çevriləcəkdir”. Müasir İncəsənət Muzeyinin icraçı direktoru Ceyhun Ağakişibəyli çıxış edərək Heydər Əliyev Fondunun son illərdə incəsənətimizə və


70


mədəniyyətimizə göstərdiyi qayğı və diqqəti xüsusi vurğulamışdır: “Festivalın keçirilməsi tariximizi və milli irsimizi qoruduğumuzu göstərir. Bakının rəmzi olan Qız qalası maketlərinin müxtəlif ölkələrə məxsus milli çalarlarla bəzədilməsi mədəniyyətlərin yaxınlaşması baxımından mühüm addımdır”. Meksika Müasir İncəsənət Muzeyinin direktoru Osvaldo Sançez, Özbəkistanın “Karvan” İncəsənət Qalereyasının rəhbəri, sənətşünas Natalya Musina Bakının gözəlliyinə məftun olduqlarını dilə gətirərək, Heydər Əliyev Fondunun milli mədəniyyətin inkişafına, mədəniyyətlərarası dialoqun təşviqinə böyük önəm verdiyini, bu festivalın da yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırmışlar. “Qız qalası” İncəsənət Qalereyasının rəhbəri Emin Məmmədov da festivalın uğurla keçdiyini bildirmiş, müxtəlif ölkələrdən olan sənət adamlarının bir araya gələrək bacarıqlarını göstərə bilməsinin böyük uğur olduğunu qeyd etmişdir.


Page 1  |  Page 2  |  Page 3  |  Page 4  |  Page 5  |  Page 6  |  Page 7  |  Page 8  |  Page 9  |  Page 10  |  Page 11  |  Page 12  |  Page 13  |  Page 14  |  Page 15  |  Page 16  |  Page 17  |  Page 18  |  Page 19  |  Page 20  |  Page 21  |  Page 22  |  Page 23  |  Page 24  |  Page 25  |  Page 26  |  Page 27  |  Page 28  |  Page 29  |  Page 30  |  Page 31  |  Page 32  |  Page 33  |  Page 34  |  Page 35  |  Page 36  |  Page 37  |  Page 38  |  Page 39  |  Page 40  |  Page 41  |  Page 42  |  Page 43  |  Page 44  |  Page 45  |  Page 46  |  Page 47  |  Page 48  |  Page 49  |  Page 50  |  Page 51  |  Page 52  |  Page 53  |  Page 54  |  Page 55  |  Page 56  |  Page 57  |  Page 58  |  Page 59  |  Page 60  |  Page 61  |  Page 62  |  Page 63  |  Page 64  |  Page 65  |  Page 66  |  Page 67  |  Page 68  |  Page 69  |  Page 70  |  Page 71  |  Page 72  |  Page 73  |  Page 74  |  Page 75  |  Page 76  |  Page 77  |  Page 78  |  Page 79  |  Page 80  |  Page 81  |  Page 82  |  Page 83  |  Page 84  |  Page 85  |  Page 86  |  Page 87  |  Page 88  |  Page 89  |  Page 90  |  Page 91  |  Page 92  |  Page 93  |  Page 94  |  Page 95  |  Page 96  |  Page 97  |  Page 98  |  Page 99  |  Page 100  |  Page 101  |  Page 102  |  Page 103  |  Page 104  |  Page 105  |  Page 106  |  Page 107  |  Page 108  |  Page 109  |  Page 110  |  Page 111  |  Page 112  |  Page 113  |  Page 114  |  Page 115  |  Page 116  |  Page 117  |  Page 118  |  Page 119  |  Page 120  |  Page 121  |  Page 122  |  Page 123  |  Page 124  |  Page 125  |  Page 126  |  Page 127  |  Page 128  |  Page 129  |  Page 130  |  Page 131  |  Page 132  |  Page 133  |  Page 134  |  Page 135  |  Page 136  |  Page 137  |  Page 138  |  Page 139  |  Page 140  |  Page 141  |  Page 142  |  Page 143  |  Page 144  |  Page 145  |  Page 146  |  Page 147  |  Page 148  |  Page 149  |  Page 150  |  Page 151  |  Page 152  |  Page 153  |  Page 154  |  Page 155  |  Page 156  |  Page 157  |  Page 158  |  Page 159  |  Page 160  |  Page 161  |  Page 162  |  Page 163  |  Page 164  |  Page 165  |  Page 166  |  Page 167  |  Page 168  |  Page 169  |  Page 170  |  Page 171  |  Page 172  |  Page 173  |  Page 174  |  Page 175  |  Page 176  |  Page 177  |  Page 178  |  Page 179  |  Page 180  |  Page 181  |  Page 182  |  Page 183  |  Page 184  |  Page 185  |  Page 186  |  Page 187  |  Page 188  |  Page 189  |  Page 190  |  Page 191  |  Page 192  |  Page 193  |  Page 194  |  Page 195  |  Page 196  |  Page 197  |  Page 198  |  Page 199  |  Page 200  |  Page 201  |  Page 202  |  Page 203  |  Page 204