This page contains a Flash digital edition of a book.
Şah Təhmasibin istənilən şəklinin çəkilməsi zamanı ənənə rəsmini və ya qəlibi, rənglənmənin özəlliyini də Behzad müəyyən etməli idi. Adətən yaşlı və gözləri kor olmuş ustad nəqqaşlar belə rəsmləri gənc nəqqaşların vasitəsi ilə işləyirdilər. Amma bir qayda olaraq kor ustadların rəhbərliyi ilə çəkilmiş rəsmlərdə rənglər nisbətən solğun olurdu və buna görə də onların dünyanı Allahın gözləri ilə gördüyünü düşünən sənət camiəsi Axirətdə rənglərin daha solğun olacağı fikrində idi. «Şah Təhmasibin portreti»ndə də belə alınıb, qırmızı rəng Behzadın hələ Heratda ikən çəkdiyi «Şeybani xanın portreti»ndəki kimi alınmayıb, daha solğun olduğu açıqca görünür. Görünür, məhz rəsmin rənglərinin solğun olması Şah Təhmasibin xoşuna gəlməyib və onu Nizami «Xəmsə»si üçün sifariş etsə də, kitab bağlananda topluya saldırmayıb. Lakin Şərq miniatür sənətinin iki böyük ustadının istedadının məhsulu olduğu açıqca sezilən bu portret məhz sənətkarlar tərəfindən sevildiyinə görə bu günlərə qədər gəlib çıxa bilib və sovet illərində «Kitab oxuyan gənc»in rəsmi ilə birlikdə Sankt-Peterburqda M.E.Saltıkov-Şedrin adına İctimai Kitabxananın fondunda saxlanılırdı. Mütəxəssislər uzun müddətli müzakirələrdən sonra ilk baxışdan Herat məktəbinə aid hər iki portretin Sultan Məhəmmədin qələminə məxsusluğu qərarına gəlirlər və üz cizgilərinə görə «Kitab oxuyan gənc»in də məhz Şah Təhmasib olduğunu ehtimal edirlər. Bu mümkün idi. Çünki Şah Təhmasib hakmiyyətə 10 yaşında gəlmişdi və elə hökmdarlığının ilk günlərindən moğollarla, özbəklərlə, osmanlılarla, yerli feodallarla gərgin müharibələrə girmişdi, böyük qələbələrə imza atmışdı, dövləti möhkəmləndirmişdi. Onun bu cür iki təzadlı rakursda – birində gənc, vüqarlı şah, o birisində isə kitab oxuyan romantik yeniyetmə kimi təsvir edilməsi də təbiidir, hökmdar olmasına baxmayaraq, hər halda yaş öz sözünü deyirdi. Nə qədər Herat üslubunda çəkilsə də, «Şah Təhmasibin portreti»ndə Sultan Məhəmməd Təbriz məktəbinin özəlliklərindən qaça bilməyib – o, gənc şahın sifət cizgilərini tam moğol tipli təsvir etməyib, ona Azərbaycan türklərinə məxsus cizgilər qatıb, yəni rəsm daha çox oğuz üslubunda çəkilib.


PAZiRiKDA QALAn SİRR


Ümumiyyətlə, Təbriz məktəbində bu oğuz üslubunun olması, yəni bütün Şərq miniatür məktəblərindən fərqli olaraq kişilərin avropoid irqinə məxsus şəkildə təsvir edilməsi barədə əsasən iki versiya irəli sürülür. Birinci versiya bu üslubun moğol üslubu ilə yanaşı Şərqdən


168


gəlməsidir. Bunu xüsusilə Türkiyə tədqiqatçıları iddia edirlər. Məsələn, Türkiyə sənətşünası İşpiroğlu 15-16-cı əsr Təbriz miniatür məktəbinin bütün əsərlərini birmənalı şəkildə Çin-moğol rəssamlığına aid edir. Bu versiyanın tərəfdarlarının fikrincə, 7-8-ci yüzilliklərdə Göytürk xaqanlığının indi xarabalıqları Monqolustanda yerləşən mərkəzi Karakorumda oğuz üslubunda bir rəssamlıq yaranmışdı. Özlərini «türk – oğuz» adlandıran göytürklərin və onlardan da əvvəl hunların avropoid olması barədə Çin qaynaqlarında materiallar geniş yer alır. Məsələn, Çində hunlara qarşı soyqırım törədəndə səhv düşərək uzun sifət və gur saqqallı çinliləri də qırmışdılar. Çinlilər hunların və türklərin qərbdən gəlmiş uzunsifət «so» qəbiləsindən törədiyini öz mənbələrində xüsusi vurğulayırlar. Mütəxəssislər türklərin «hun» adından qabaq «sak» adı ilə çağrılmasını da bununla əlaqələndirirlər və bu sözün «so- ek», «so-ok» söz birləşməsindən yarandığını, «so oğul»ları mənasını verdiyini bildirirlər. Çin mənbələrinin verdiyi başqa bir bilgi isə göytürklərin öz irqlərini qorumağa çox ciddi fikir verdiyini ortaya çıxarır. Göy türklər çinli qızından doğulmuş uşaqları öz sıralarına qəbul etmir və onu tayfadan qovurdular. Zatən 553-cü ildə oğuzlarla tabğacların arasında baş vermiş və oğuzları Türk xaqanlığının başına gətirmiş savaş da bununla bağlı idi. Dəmirçi göytürklər tabğac sarayında çinli buddist inancının, çin üslubu geyimlərin yayılmasına, tabğac gənclərin çinli qızlarla evlənməsinə qarşı üsyan qaldırmışdılar. Qədim hunların avropoid olmasını Altay dağlarındakı Pazırık kurqanından çıxmış keçə məmulatlar üzərində basılmış rəsmlər də sübut edir. Miladdan öncə 3-cü əsrə aid rəsmdə taxtda oturmuş monqoloid hökmdarın qarşısında indiki azərbaycanlılara və Türkiyə türklərinə bənzər atlı dayanıb. Taxtın sarı rəngdə təsvir edilməsi hökmdarın Çin imperatoru olmasını düşünməyə imkan verir. Yəni bu keçə məmulatında hunların hərbi birliklərinin Çin imperatoruna xidmət etməsindən söhbət gedir. Tarixi qaynaqlar göstərir ki, bu, gerçəkdən belə olub. Altaydan Dunaya qədər Böyük Çölü nəzarətdə saxlayan türklər Çinin ipəyini Romaya, daha sonra Bizansa qədər ötürürdülər və bunun qarşılığında Çindən ipək və taxıl alırdılar. Çin imperatorunun tamğa göndərdiyi soyun xanı xaqan sayılırdı və Çölün hakimi olurdu. Bu versiya türklərin əmisi oğulları olan moğolların da kökdən avropoid olduğunu, sonradan çinlilərlə qarışaraq monqoloidləşdiklərini də düşünməyə imkan verir. Yəni bu versiyaya görə, oğuz miniatür üslubu Mərkəzi Asiyada yaranıb və sonradan türk-moğol hakimiyyətləri zamanı


Page 1  |  Page 2  |  Page 3  |  Page 4  |  Page 5  |  Page 6  |  Page 7  |  Page 8  |  Page 9  |  Page 10  |  Page 11  |  Page 12  |  Page 13  |  Page 14  |  Page 15  |  Page 16  |  Page 17  |  Page 18  |  Page 19  |  Page 20  |  Page 21  |  Page 22  |  Page 23  |  Page 24  |  Page 25  |  Page 26  |  Page 27  |  Page 28  |  Page 29  |  Page 30  |  Page 31  |  Page 32  |  Page 33  |  Page 34  |  Page 35  |  Page 36  |  Page 37  |  Page 38  |  Page 39  |  Page 40  |  Page 41  |  Page 42  |  Page 43  |  Page 44  |  Page 45  |  Page 46  |  Page 47  |  Page 48  |  Page 49  |  Page 50  |  Page 51  |  Page 52  |  Page 53  |  Page 54  |  Page 55  |  Page 56  |  Page 57  |  Page 58  |  Page 59  |  Page 60  |  Page 61  |  Page 62  |  Page 63  |  Page 64  |  Page 65  |  Page 66  |  Page 67  |  Page 68  |  Page 69  |  Page 70  |  Page 71  |  Page 72  |  Page 73  |  Page 74  |  Page 75  |  Page 76  |  Page 77  |  Page 78  |  Page 79  |  Page 80  |  Page 81  |  Page 82  |  Page 83  |  Page 84  |  Page 85  |  Page 86  |  Page 87  |  Page 88  |  Page 89  |  Page 90  |  Page 91  |  Page 92  |  Page 93  |  Page 94  |  Page 95  |  Page 96  |  Page 97  |  Page 98  |  Page 99  |  Page 100  |  Page 101  |  Page 102  |  Page 103  |  Page 104  |  Page 105  |  Page 106  |  Page 107  |  Page 108  |  Page 109  |  Page 110  |  Page 111  |  Page 112  |  Page 113  |  Page 114  |  Page 115  |  Page 116  |  Page 117  |  Page 118  |  Page 119  |  Page 120  |  Page 121  |  Page 122  |  Page 123  |  Page 124  |  Page 125  |  Page 126  |  Page 127  |  Page 128  |  Page 129  |  Page 130  |  Page 131  |  Page 132  |  Page 133  |  Page 134  |  Page 135  |  Page 136  |  Page 137  |  Page 138  |  Page 139  |  Page 140  |  Page 141  |  Page 142  |  Page 143  |  Page 144  |  Page 145  |  Page 146  |  Page 147  |  Page 148  |  Page 149  |  Page 150  |  Page 151  |  Page 152  |  Page 153  |  Page 154  |  Page 155  |  Page 156  |  Page 157  |  Page 158  |  Page 159  |  Page 160  |  Page 161  |  Page 162  |  Page 163  |  Page 164  |  Page 165  |  Page 166  |  Page 167  |  Page 168  |  Page 169  |  Page 170  |  Page 171  |  Page 172  |  Page 173  |  Page 174  |  Page 175  |  Page 176  |  Page 177  |  Page 178  |  Page 179  |  Page 180  |  Page 181  |  Page 182  |  Page 183  |  Page 184  |  Page 185  |  Page 186  |  Page 187  |  Page 188  |  Page 189  |  Page 190  |  Page 191  |  Page 192  |  Page 193  |  Page 194  |  Page 195  |  Page 196  |  Page 197  |  Page 198  |  Page 199  |  Page 200  |  Page 201  |  Page 202  |  Page 203  |  Page 204