This page contains a Flash digital edition of a book.
olunub. Bir çox hallarda Həyat ağacı simvolik elementlər və bərəkətin simvolu olan detallarla zənginləşdirilib. Məhz bunların məntiqi nəticəsi olaraq Həyat ağacı yaradıcı fantaziya ilə dolğunlaşmış tərzdə qeyri-bitki və bitki aləminin başlanğıcının əsasını tamlıqla əhatə edən semantik işarəyə, mürəkkəb kompozisiya quruluşunda mərkəzdə duran aparıcı elementə çevrilmişdir. Süd yolunun həndəsi quruluşuna bənzəyən Həyat ağacı türklərin göy inancının yer inancıyla vəhdətini əks etdirir. Həyat ağacının qədim təsvirlərinin bütöv və yarımçıq romb, ürəyəbənzər fiqurların köməyi ilə işlənməsi bərəkət, yaxud qadın başlanğıcını simvolizə edir.


Azərbaycan xalçalarında Həyat ağacı ya bütünlükdə dominant, yaxud başlıca naxış kimi iştirak edir, ya da əsasən 7 və 9 elementiylə zənginləşir. 9 rəqəmi türk inancında xüsusi mistik və mifoloji yer tutmaqdadır. Qədim türk inancına görə Tanqrı Kayra-Kano 9 əsas həyat ünsürü ilə mövcud kainatı yaratmışdır. Azərbaycan xalçalarında, saray divarlarının bəzədilməsində, misgərlik nümunələrində Həyat ağacı müxtəlif forma dəyişikliyinə məruz qalsa da, əsas məzmunu və ideya yükünü qorumuşdur. Əksər hallarda Həyat ağacının ətrafında bir sıra müqəddəs qoruyucu quşların təsvirləri verilir. Beşyarpaqlı palmetə – Həyat ağacının və onu qoruyan iki quşun təsvirinə Qafqaz Albaniyası ərazisində tapılmış saxsı və daş nümunələrinin üzərində rast gəlinir. Müxtəlif qollara və tayfalara bölünən türklər ümumi dini–fəlsəfi ideyaya tabe idilər. Xüsusən də dünyanın və insanın yaranışı, bu prosesin obrazlı həlli olan doqquzşaxəli Həyat ağacını müxtəlif türk tayfaları yaşadıqları coğrafi areala uyğun olaraq orada mövcud olan bitkilərin elementləri ilə zənginləşdirmişlər. Həyat ağacı təkcə naxış kimi çıxış etməmiş, həm də müxtəlif nağıl və dastanların süjetinin əsasını təşkil edən elementə çevrilmişdir. Məsələn, uyğur türklərinə məxsus “Oğuznamə”də Həyat ağacı insan yaranışının simvolikası kimi çıxış edir. Bu simvol Altay türklərində küknar və dəmir qovaq şəklində özünü büruzə verir. Ümumən müxtəlif türk xalqlarında isə qovaq qoruyucu, hifzedici obrazdır və onu kəsmək günah sayılır. Məsələn, Azərbaycan kəndlərinin girəcəyində qovaq ağaclarına rast gəlmək mümkündür. Sanki onlar kəndi, yaşayan insanları qoruyur,


150


yağının, şər qüvvələrin gəlməsinin qarşısını alır. Sözsüz ki, bu ağacın bir sıra təbii imkanları, xüsusən isti yay günlərində onun altında istirahət edib yol gedən adamın dinclik tapması da nəzərə alınmaldır. Qədim türk inanclarının birində deyilir ki, qovaq ağacının üstündə Bay Ulgen, yəni qoruyucu mələk yuva saldığından bu ağaca toxunmaq günah hesab olunur. Tatar, başqırd və digər türkdilli xalqlarda isə bu funksiyanı başqa ağaclar icra edir. “Kitabi – Dədə Qorqud” dastanında da Aruz oğlu Basatın “Anam adın sorar olsan, qaba ağac” ifadəsi “Ərsoqodoq” dastanının “ağac hakan böyükdü hər şeyin anasıydı, varlıq ona bağlıydı, göklə yer binasıydı” və ya “dünyanın göbəyində bir də ağac var imiş, bu ağac böyük imiş, tanrıdan her süslüymüş, ağacın budaqları ta göklərə uzanmış” kimi nümunələr ağacın yaradıcı yerin mərkəzi ilə Tanrını birləşdirən müqəddəs varlıq olduğunu göstərir. Azərbaycanın memarlıq incilərindən sayılan Şəki xanlarının sarayı və İrəvan sərdarının sarayının bizə gəlib çatmış təsviri əsasında demək olar ki, Həyat ağacı simvolu insanların inancında yaşamış və sonrakı dövrlərdə də müxtəlif obrazlarla çıxış etmişdir. Şəki xan sarayının divar rəsmlərində ətrafında iki maral olan iri nar ağacına rast gəlinir. Bu nar ağacının təsviri özünün formasına görə Həyat ağacının müxtəlif nümunələrdə olan biçiminə bənzəyir. Qədim türk inancında nar kainatın obrazı kimi çıxış edir. Bəzi inanclarda onun dənələrinin sayının üç yüz altmış beş, aralarındakı pərdələrin sayının doqquz, yarım pərdələrinin sayının isə yeddi olması qədim təqvim ilini xatırladır. Başqa bir inancda isə nar dənəsini insana bənzədirlər. Onun məti insanın dərisi, suyu qanı, çiyidi isə sümüyünü ifadə edir. Nar meyvəsinin başındakı tac isə günəşin simvolu kimi anlaşılır. Bir çox buta növlərinə baxsaq, onların narın tacına bənzər forma aldığının şahidi olarıq. Nar Azərbaycan folklorunda da xüsusi obraz kimi çıxış edir və bir çox folklor nümunələrində qadın başlanğıcı, həmçinin gözəllik simvolu olaraq geniş yayılmışdır. Azərbaycanın müxtəlif bölgələrində əlçatmaz qayalarda bitən dağdağan ağacı Həyat ağaclarından biridir. Həmçinin “qayın ağacı” ifadəsi Azərbaycanın bir çox nağıllarında və dastanlarında işlədilir ki, bu da həyat başlanğıcını simvolizə edən elementdir.


Page 1  |  Page 2  |  Page 3  |  Page 4  |  Page 5  |  Page 6  |  Page 7  |  Page 8  |  Page 9  |  Page 10  |  Page 11  |  Page 12  |  Page 13  |  Page 14  |  Page 15  |  Page 16  |  Page 17  |  Page 18  |  Page 19  |  Page 20  |  Page 21  |  Page 22  |  Page 23  |  Page 24  |  Page 25  |  Page 26  |  Page 27  |  Page 28  |  Page 29  |  Page 30  |  Page 31  |  Page 32  |  Page 33  |  Page 34  |  Page 35  |  Page 36  |  Page 37  |  Page 38  |  Page 39  |  Page 40  |  Page 41  |  Page 42  |  Page 43  |  Page 44  |  Page 45  |  Page 46  |  Page 47  |  Page 48  |  Page 49  |  Page 50  |  Page 51  |  Page 52  |  Page 53  |  Page 54  |  Page 55  |  Page 56  |  Page 57  |  Page 58  |  Page 59  |  Page 60  |  Page 61  |  Page 62  |  Page 63  |  Page 64  |  Page 65  |  Page 66  |  Page 67  |  Page 68  |  Page 69  |  Page 70  |  Page 71  |  Page 72  |  Page 73  |  Page 74  |  Page 75  |  Page 76  |  Page 77  |  Page 78  |  Page 79  |  Page 80  |  Page 81  |  Page 82  |  Page 83  |  Page 84  |  Page 85  |  Page 86  |  Page 87  |  Page 88  |  Page 89  |  Page 90  |  Page 91  |  Page 92  |  Page 93  |  Page 94  |  Page 95  |  Page 96  |  Page 97  |  Page 98  |  Page 99  |  Page 100  |  Page 101  |  Page 102  |  Page 103  |  Page 104  |  Page 105  |  Page 106  |  Page 107  |  Page 108  |  Page 109  |  Page 110  |  Page 111  |  Page 112  |  Page 113  |  Page 114  |  Page 115  |  Page 116  |  Page 117  |  Page 118  |  Page 119  |  Page 120  |  Page 121  |  Page 122  |  Page 123  |  Page 124  |  Page 125  |  Page 126  |  Page 127  |  Page 128  |  Page 129  |  Page 130  |  Page 131  |  Page 132  |  Page 133  |  Page 134  |  Page 135  |  Page 136  |  Page 137  |  Page 138  |  Page 139  |  Page 140  |  Page 141  |  Page 142  |  Page 143  |  Page 144  |  Page 145  |  Page 146  |  Page 147  |  Page 148  |  Page 149  |  Page 150  |  Page 151  |  Page 152  |  Page 153  |  Page 154  |  Page 155  |  Page 156  |  Page 157  |  Page 158  |  Page 159  |  Page 160  |  Page 161  |  Page 162  |  Page 163  |  Page 164  |  Page 165  |  Page 166  |  Page 167  |  Page 168  |  Page 169  |  Page 170  |  Page 171  |  Page 172  |  Page 173  |  Page 174  |  Page 175  |  Page 176  |  Page 177  |  Page 178  |  Page 179  |  Page 180  |  Page 181  |  Page 182  |  Page 183  |  Page 184  |  Page 185  |  Page 186  |  Page 187  |  Page 188  |  Page 189  |  Page 190  |  Page 191  |  Page 192  |  Page 193  |  Page 194  |  Page 195  |  Page 196  |  Page 197  |  Page 198  |  Page 199  |  Page 200  |  Page 201  |  Page 202  |  Page 203  |  Page 204