This page contains a Flash digital edition of a book.
həmin mərasimlər məhsuldarlıq və nəsilartımı ideyasının mücəssəməsi olan ağacla bağlıdır. «Manas»da da Yaqub xan 14 il onunla həyat sürmüş sonsuz qadını haqqında deyir: «Bu qadın müqəddəs məzarları ziyarət etmir, alma ağaclarının ətrafına dolanmır, müqəddəs bulaqların yanında gecələmir». Uşağı olmayan Yakut qadınları «müqəddəs» ağacın dibində, boz at dərisinin üstündə «yerin sahibinə» dua edirdilər. Bu dualardan sonra uşaq olduqda isə onun Tanrıdan, yer və ağac ruhlarından alındığına inanırdılar. Sonralar şamançılıqdan qalmış müqəddəs ağaclar, əcdadların və qamların qəbirləri islamlaşdırılaraq övliyaların məzarına, pirlərə çevrilsə də, qədim dövrlərdən qalma inancların bir çoxu öz mahiyyətini itirməyib. Həyat ağacı ilə bağlı digər etiqadlar da xalq arasında son dövrlərə qədər yaşamaqda davam edir. Novruz mərasimlərinin bir çoxu, məsələn, səməni göyərtmək dirilik, məhsuldarlıq, əmin- amanlıq ideyalarının rəmzi olan Həyat ağacı ilə bağlıdır. Çinar, söyüd, alma, nar, qoz və s. ilə bağlı simvolların Həyat ağacının əsrləri keçib gələn rəmzi pöhrələri olduğu şəksizdir. Ağac növlərinin funksional təcridlənməsi sonrakı dövrlə bağlıdır. İlk dövrdə əsas məsələ ağacın növündə yox, müəyyən ideyanı rəmzləşdirən ağac simvolunun mövcudluğunda idi. Buna görə də ayrı-ayrı mədəniyyətlərdəki Həyat ağacının növünü, cinsini təyin etmək çətin olur. Türk-monqol, skif abidələrində dünyanın ahəngini və xaqanın mərkəzi sima olmasını (həmin motiv nağıllarımızda qəhrəmanın başına qonan şahlıq quşu ilə bağlı epizodlar kimi qalıb) əks etdirən ağac iki tərəfdə üç-üç yerləşən simmetrik yan budaqlardan və bir zirvədən ibarət naməlum cinsli ağacdır. Bu obraz təsviri sənətdə getdikcə daha


da rəmzləşmiş və şərtiləşmiş, Azərbaycan incəsənətində ən kamil, siqlətli ifadəsini xalçaçılıqda


tapmışdır. Azərbaycan


xalçaçılığında işlədilən, ən yetkin və parlaq nəbati naxışlardan olan «buta» dünyanın ahəngdarlığını və estetikliyini, həyati başlanğıcın təbiiliyini və əbədiliyini, kainatın vəhdətini, dirilik, artım ideyalarını təcəssüm etdirir. Müxtəlif variantlarda Azərbaycan, Orta Asiya, Anadolu xalçaçılığında yayılmış «buta» kainatın mərkəzində dayanan, onu simmetrik hissələrə, bir-birini tarazlayan əksliklərə parçalayan, həyati başlanğıcı yaradan və qoruyan qüvvənin – Həyat ağacının rəmzi işarəsidir. «Buta» məhz Həyat ağacından törəyib və onu tovuzquşu, boynunu bükmüş çadralı qız, yarpaq, gül kolu və s. ilə bağlamaq, fikrimizcə, qeyri-dəqiqdir.


148


Bunu xalqın əsatir, ibtidai din ənənəsindən başqa, rəsmin tarixi inkişaf yolu, müasir təsviri, xüsusən yuxarıdan şaxələnən xətlər, onu əhatə edən digər nəbati naxışlar, məsələn, «Şah Abbas», «Həna gülü» və s. təsdiq edir. Digər tərəfdən, Azərbaycan xalçaçılığında Həyat ağacı ilə bağlı bütov kompozisiyalardan da istifadə olunur. Quba-Şirvan məktəbinə məxsus xalçalarda üslubi işləmələrə məruz qalmış Həyat ağacının və onun aşağısında iki qanadlı əfsanəvi məxluqun - qoruyucu tanrıların təsviri açıq-aşkardır. Ümumən Azərbaycan xalçalarının semantikasında Həyat ağacı motivləri mühüm yer tutur. Günəşin rəmzi təsviri kimi izah edilən bir sıra naxışların (qonça-güncə-güncik-gün) nəbati əsasa malik olması işıq, od, günəş rəmzlərinin ağacla və ağacın zirvəsindəki quş obrazıyla bağlılığına dəlalət edir. Məsələn, günəşin simvolu, odun qoruyucusu hesab edilən tovuzquşu və xoruz obrazları əslində, daha qədim nümunələrdə Həyat ağacının yanında göstərilən qanadlı məxluqların – qoruyucu tanrıların həyatiləşmiş xələfləridir. Bu fikri «Avesta»da rast gəlinən və Sasani dövrünün dekorativ sənətində geniş əks olunan qanadlı it - Saenomereq, Senmurv, Simurq obrazı təsdiq edir. Qanadlı it Senmurvun məskəni insanı şərdən xilas edən səma ağacıdır. O, bu möcüzəli ağacı silkələyərək, bitkilərin toxumlarını yerə səpir və xeyirin, həyatın qoruyucusu kimi çıxış edir. Bəzi nümunələrdə iki qanadlı it, iki Senmurv təsvir olunur. Zərgərlikdə, miniatür sənətimizdə, həkkaklıqda nəbati naxışlardan geniş istifadə olunur. Memarlıq, təsviri, tətbiqi-dekorativ sənətimizin nadir nümunələrindən olan Şəki xan sarayının tərtibatında da nəbati ornamentlərdən, əyri, düz, sınıq xətlərdən ibarət həndəsi fiqurlardan yaradılmış kompozisiyaların bədii kamilliyi diqqəti cəlb edir. Müqəddəs “Həyat ağacı”nın maketinə və


ya stilizə olunmuş təsvirlərinə bir çox qədim məbədlərdə, saraylarda və digər memarlıq nümunələrində, həmçinin daş oyma və toxuculuq işlərində də rast gəlinməkdədir. İlk dövr incəsənət nümunələrində Həyat ağacı qaba, real ölçülərlə (müxtəlif tayfalar Həyat ağacını ayrı-ayrı ağacların quruluşuna uyğun təsəvvür edirdilər) təqdim olunurdusa, dövr keçdikcə, ayrı-ayrı sənətkarların yaradıcılığı hesabına bu simvol bədii ideya baxımından daha da zənginləşmişdir. Qədim türklərin dünyagörüşündən irəli gələn bu naxışın geyimdə təzahür formaları daha incə və mürəkkəb konstruksiyalarla ifadə


Page 1  |  Page 2  |  Page 3  |  Page 4  |  Page 5  |  Page 6  |  Page 7  |  Page 8  |  Page 9  |  Page 10  |  Page 11  |  Page 12  |  Page 13  |  Page 14  |  Page 15  |  Page 16  |  Page 17  |  Page 18  |  Page 19  |  Page 20  |  Page 21  |  Page 22  |  Page 23  |  Page 24  |  Page 25  |  Page 26  |  Page 27  |  Page 28  |  Page 29  |  Page 30  |  Page 31  |  Page 32  |  Page 33  |  Page 34  |  Page 35  |  Page 36  |  Page 37  |  Page 38  |  Page 39  |  Page 40  |  Page 41  |  Page 42  |  Page 43  |  Page 44  |  Page 45  |  Page 46  |  Page 47  |  Page 48  |  Page 49  |  Page 50  |  Page 51  |  Page 52  |  Page 53  |  Page 54  |  Page 55  |  Page 56  |  Page 57  |  Page 58  |  Page 59  |  Page 60  |  Page 61  |  Page 62  |  Page 63  |  Page 64  |  Page 65  |  Page 66  |  Page 67  |  Page 68  |  Page 69  |  Page 70  |  Page 71  |  Page 72  |  Page 73  |  Page 74  |  Page 75  |  Page 76  |  Page 77  |  Page 78  |  Page 79  |  Page 80  |  Page 81  |  Page 82  |  Page 83  |  Page 84  |  Page 85  |  Page 86  |  Page 87  |  Page 88  |  Page 89  |  Page 90  |  Page 91  |  Page 92  |  Page 93  |  Page 94  |  Page 95  |  Page 96  |  Page 97  |  Page 98  |  Page 99  |  Page 100  |  Page 101  |  Page 102  |  Page 103  |  Page 104  |  Page 105  |  Page 106  |  Page 107  |  Page 108  |  Page 109  |  Page 110  |  Page 111  |  Page 112  |  Page 113  |  Page 114  |  Page 115  |  Page 116  |  Page 117  |  Page 118  |  Page 119  |  Page 120  |  Page 121  |  Page 122  |  Page 123  |  Page 124  |  Page 125  |  Page 126  |  Page 127  |  Page 128  |  Page 129  |  Page 130  |  Page 131  |  Page 132  |  Page 133  |  Page 134  |  Page 135  |  Page 136  |  Page 137  |  Page 138  |  Page 139  |  Page 140  |  Page 141  |  Page 142  |  Page 143  |  Page 144  |  Page 145  |  Page 146  |  Page 147  |  Page 148  |  Page 149  |  Page 150  |  Page 151  |  Page 152  |  Page 153  |  Page 154  |  Page 155  |  Page 156  |  Page 157  |  Page 158  |  Page 159  |  Page 160  |  Page 161  |  Page 162  |  Page 163  |  Page 164  |  Page 165  |  Page 166  |  Page 167  |  Page 168  |  Page 169  |  Page 170  |  Page 171  |  Page 172  |  Page 173  |  Page 174  |  Page 175  |  Page 176  |  Page 177  |  Page 178  |  Page 179  |  Page 180  |  Page 181  |  Page 182  |  Page 183  |  Page 184  |  Page 185  |  Page 186  |  Page 187  |  Page 188  |  Page 189  |  Page 190  |  Page 191  |  Page 192  |  Page 193  |  Page 194  |  Page 195  |  Page 196  |  Page 197  |  Page 198  |  Page 199  |  Page 200  |  Page 201  |  Page 202  |  Page 203  |  Page 204